Bulgaristan Türklerinin Özgür Sesi
HABERLER

[2017-06-16]

Sofya'da "Azamet Örnekleri - Azerbaycan Halk Sanatı" adlı sergi açıldı

Sofya'da "Azamet Örnekleri - Azerbaycan Halk Sanatı" adlı sergi açıldı



14 Haziran 2017 tarihinde Sofya’da, Azerbaycan Kültür ve Turizm Bakanlığı ve Azerbaycan Halı Müzesinin desteği ile Azerbaycan'ın Bulgaristan'daki Büyükelçiliği tarafından Bulgaristan Bilimler Akademisi Etnografya ve Folklor Araştırmaları Enstitüsü Etnografya Müzesinde "Azamet Örnekleri - Azerbaycan Halk Sanatı" adlı sergi düzenlendi.

Sergide, takılar, süs eşyaları, nakış örnekleri, Azerbaycan halıcılık okulunun geleneklerini gösteren halılar vb. maddi ve manevi örneklerden oluşan (yaklaşık 57 adet) Azerbaycan’ın tarihini, zengin kültürünü, günlük yaşamını ve sanatını yansıtan çeşitli sanat ve tarihi eserler sergilendi.

Sergide Bulgaristan Cumhurbaşkanlığı, Dışişleri Bakanlığı'nın üst düzey yetkilileri, ülkede akredite edilen diplomatik temsilciliklerin çalışanları, Azerbaycan-Bulgaristan Dostluk Derneği üyeleri, medya, STK temsilcileri, ayrıca sanat kurumları ve özel sektörün temsilcileri yer aldı.

Serginin açılışında Bulgaristan Bilimler Akademisi Etnografya ve Folklor Araştırmaları Enstitüsü Etnografya Müzesi Müdürü Petko Hristov ve Azerbaycan'ın Bulgaristan Büyükelçisi Nergis Gurbanova konuşma yaptılar.

Açılış konuşmasında Bulgaristan Bilimler Akademisi Etnografya ve Folklor Araştırmaları Enstitüsü Etnografya Müzesi Müdürü P. Hristov, bu tür etkinliklerin yapılmasının iki ülke arasındaki işbirliğinin, özellikle kültürel alanda ilişkilerin gelişimi açısından önemeli olduğunu belirtti. Serginin düzenlenmesinde gösterdiği destekten dolayı Azerbaycan Halı Müzesi Müdürü Şirin Melikova ve müzenin personeline teşekkürlerini sundu. Sergide sunulan eserlerin, Azerbaycan sanatçılarının yüksek düzeydeki ustalığını yansıttığını ve her eser ise Azerbaycan'ın zengin kültürünün bir parçası olduğunu söyldi.

Büyükelçi N. Gurbanova, söz konusu serginin Azerbaycan ve Bulgaristan arasında diplomatik ilişkilerin kurulmasının 25. yıldönümü ile ilgili bir dizi etkinlik çerçevesinde düzenlenmiş olmasından memnuniyetini dile getirdi. Büyükelçi bu serginin, Bulgar ve yabancılar için Azerbaycan'ın zengin kültürel mirasına dokunmalarına olanak yaratacağını kaydetti. Büyükelçi Gurbanova, beşeriyetin en eski topraklarından olan Azerbaycan’ın coğrafi konumu önemli tarihi olayların kaynağı olduğunu ekledi. Öyle ki, bazı kervan yollarının, özellikle Büyük İpek Yolu'nun Azerbaycan topraklarından geçtiğini vurguladı.

Doğal kaynakları olduğu gibi, Azerbaycan'ın halk yaratıcılığının çok renkli olduğunu kaydeden N. Gurbanova, bu yaratıcılığın insanların günlük yaşamı ile ilgili olduğunu da belirtti. Büyükelçi, giyim ve takılardan tutun da ev eşyaları ve silahlara kadar kendi Azerbaycan halk sanatı zenginliği ile her zaman farklı; Nahçıvan, Mingeçevir, Gedebey, Gence ve diğer bölgelerde tespit edilen sanat örneklerinin 5000 yıldan fazla yaşı olduğunu kaydetti. Gurbanova, çeşitli mutfak eşyaları, silahlar ve süs eşyaları sadece tarihsel değer taşımadığını, onları hazırlayan ustaların becerisini de yansıttığını ilave etmiştir.

N. Gurbanova, serginin organizatörlerinden olan Azerbaycan Halı Müzesi'nin 1967 yılında oluşturulduğunu ve dünyadaki ilk halı müzesi olduğuna dikkatleri çekti. 2014 yılında açılan müzenin yeni binasının bükülmüş halı biçiminde olduğunu söyleyen Büyükelçi, müzenin kurucusu, Azerbaycan halıları üzerine yazılan eserlerin müellifi Halıcı-Alim Latif Kerimov olduğunu kaydetti. Kuruluşundan bu yana, yani 50 yıl boyunca müze tarafından dünyanın çeşitli ülkelerinde 30'dan fazla sergi düzenlendiğini, bugün ise müzenin sadece sanat eserleri ve halılardan oluşan koleksiyonların sergilendiği bir yer değil, aynı zamanda geleneksel halı sanatı üzerine araştırma merkezi olarak faaliyet gösterdiğini ekledi.

Büyükelçi Azerbaycan halk sanatı örneklerinin Victoria ve Albert, Louvre, Metropolitan, Viyana, Roma, Berlin, İstanbul, Tahran, Kahire gibi dünyanın birçok ünlü müzelerinde gösterildiğini, ayrıca bu sergilerde sunulan eserlerin birçok ülkede de sergilendiğini söyledi. Tüm bunların buzdağının görünen tarafı olduğunu vurgulayan Büyükelçi, katılımcıları Azerbaycan halk yaratıcılığının şaheserlerini görmek için Azerbaycan’ı ziyaret etmeye davet etti.

Azerbaycan halk sanatının inceliklerini yansıtan serginin videosu çekilmiş ve ziyaretçilere "Avrupa 2001" dergisinin Azerbaycan'a ithaf edilen özel sayısı tanıtılmıştır. Açılış töreninden sonra konuklara Azerbaycan milli yemekleri ikram edildi.

Sergi 30 Temmuz’a kadar açık olacak.

Haberin Azerice versiyonu:

Sofiyada “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgi təşkil olunmuşdur

Cari ilin 14 iyun tarixində Sofiya şəhərində AR Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə Azərbaycanın Bolqarıstandakı Səfirliyi tərəfindən Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgi təşkil edilmişdir.

Sərgidə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, gündəlik məişəti, incəsənətini əks etdirən müxtəlif çeşidli (təqribən 57 ədəd) eksponatlar – zərgərlik məmulatları, bəzək əşyaları, tikmə nümunələri, Azərbaycanın xalçaçılıq məktəbinin ənənələrini göstərən xalça məmulatları və s. maddi-mədəniyyət nümunələri nümayiş etdirilmişdir.

Sərgidə Bolqarıstanın Prezident Administrasiyası, Vitse-prezidentinin ofisi, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT, həmçinin yaradıcı sənət təşkilatları və özəl sektorun nümayəndələri iştirak etmişlər.

Sərginin açılışında Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyinin direktoru Petko Xristov və Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış etmişlər.

Tədbiri giriş sözü ilə açan Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyinin direktoru P.Xristov bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd etmişdir. Sərginin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzeyin əməkdaşlarına təşəkkürünü bildirmişdir. Sərginin təqdim olunan əsərlərin Azərbaycan sənətkarlarının yüksək ustalığını nümayiş etdirdiyini və Azərbaycanın zəngin mədəniyyətinin bir hissəsi olduğunu söyləmişdir.

Səfir N.Qurbanova sözügedən sərginin Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində təşkilindən məmnunluğunu bildirmişdir. Səfir sərginin ölkəmizin bolqar və xarici dostları üçün Azərbaycanın zəngin mədəni irsindən zövq almağa imkan yaradacağını qeyd etmişdir. O, bəşəriyyətin qədim məskənlərindən Azərbaycanın coğrafi mövqeyinə görə mühüm tarixi hadisələrin qaynağında olduğunu əlavə etmişdir. Belə ki, bir sıra karvan yollarının, xüsusilə Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçdiyini vurğulamışdır.

Təbii sərvətləri kimi, Azərbaycanın xalq yaradıcılığının çox çalarlı olduğunu qeyd edən N.Qurbanova onun insanların gündəlik həyatı ilə bağlı olduğunu söyləmişdir. Səfir xalq yaradıcılığımızın geyim və zərgərlikdən tutmuş məişət əşyaları və silahlara qədər öz zənginliyi ilə hər zaman fərqləndiyini, Naxçıvan, Mingəçevir, Gədəbəy, Gəncə və digər bölgələrimizdə aşkar olunan sənət nümunələrinin 5000 ildən artıq yaşı olduğunu qeyd etmişdir. O davam etmişdir ki, müxtəlif qab-qacaq, silah və bəzək əşyaları təkcə tarixi dəyər daşımır, həm də onları hazırlayan ustaların məharətindən xəbər verir.

N.Qurbanova sərginin təşkilatçılarından olan Azərbaycan Xalça Muzeyinin 1967-ci ildə yaradıldığını və dünyada xalça üzrə ixtisaslaşmış ilk muzey olduğunu diqqətə çatdırmışdır. 2014-cü ildən etibarən muzeyin yeni binasının bükülmüş xalça formasında olduğunu söyləyən səfir muzeyin təşəbbüskarının Azərbaycan xalçaları üzrə fundamental əsərlərin müəllifi olan xalçaçı-alim Lətif Kərimov olduğunu qeyd etmişdir. Mövcud olduğu 50 il ərzində muzey tərəfindən dünyanın müxtəlif ölkələrində 30-dan artıq sərgi təşkil olunduğunu, bu gün muzeyin təkcə sənət əsərləri və xalçalardan ibarət kolleksiya olmayıb, eyni zamanda ənənəvi xalçaçılıq sənəti üzrə tədqiqat mərkəzi olaraq fəaliyyət göstərdiyini əlavə etmişdir.

Səfir Azərbaycan xalq yaradıcılığı nümunələrinin Viktoriya və Albert, Luvr, Metropolitan, Vyana, Roma, Berlin, İstanbul, Tehran, Qahirə kimi dünyanın bir çox məşhur muzeylərində nümayiş olunduğunu, eləcə də bu sərgidə təqdim olunan əsərlərin bir çox ölkələrdə sərgiləndiyini əlavə etmişdir. Bütün bunların aysberqin görünən tərəfi olduğunu vurğulayan səfir iştirakçıları Azərbaycan xalq yaradıcılığının şah əsərlərini görmək üçün ölkəmizə səfər etməyə dəvət etmişdir.

Sərgidə həmçinin Azərbaycan xalq sənətinin incəliklərini əks etdirən video-çarx nümayiş olunmuş və ziyarətçilərə “Avropa2001” jurnalının Azərbaycana həsr olunan xüsusi buraxılışı təqdim olunmuşdur. Açılış mərasimindən sonra qonaqlara Azərbaycan milli təamları təqdim olunmuşdur.

Sərgi iyul ayının 30-dək davam edəcəkdir.

Kaynak: Kırcaali Haber

Ziyaretci sayısı: 974

Kategoriden tüm haberleri oku


 YORUMLAR



 
   YORUM YAZ
Ad/Soyad*
Yorum Metni*:  
* Maksimum karakter sayısı: 1600
Security Code*
 
  * Yazılan yorumlardan site sahibi sorumluluk taşımaz !
  UYARI: Küfür, hakaret, rencide edici cümleler veya imalar, inançlara saldırı içeren, imla kuralları ile yazılmamış yorumlar onaylanmamaktadır. Ayrıca suç teşkil edecek hakaret içerikli yorumlar hakkında muhatapları tarafından dava açılabilmektedir.


« GERİ DÖN

All Rights Reserved © 2006-2017    "SENİ MEDYA" FİRMASI